Finalda “Sabah”la “Gəncə” qarşılaşacaq

finalda-sabahla-gence-qarsilasacaq
Oxunma sayı: 204

Basketbol üzrə Azərbaycan Kubokunda (2026) yarımfinal oyunları baş tutub.

“Qafqazinfo” xəbər verir ki, ilk yarımfinal oyununda “Sabah” klubu, “Ordu” basketbolçularına 83:66 hesabı ilə qalib gələrək klub tarixində ilk dəfə kubokun final oyununa vəsiqə qazanıb.

Günün ikinci yarımfinal oyununda “Gəncə”, “Şəki” üzərində 97:71 hesablı qələbə qazanaraq, ardıcıl ikinci kubok mövsümündə də finala yüksəlib.

Qeyd edək ki, “Sabah” – “Gəncə” final oyunu 22 fevral saat 17:00-da Bakı İdman Sarayında keçiriləcək.