“Finalda uduzmaq ağlımdan keçmir”

finalda-uduzmaq-aglimdan-kecmir
Oxunma sayı: 2084

"Neftçi" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Turan Tovuz"u 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

"Qafqazinfo" xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırıb:

- Bu cür hissləri çox sevirəm. Sevinirəm ki, komandam ilk dəqiqələrdən sona qədər futbol oynamağa çalışırdı. Biz bütün komponentlərdə rəqibi üstələmişdik. Məğlub da ola bilərdik. Son 3-4 matçda bəxtsizliyimiz var idi. Hazırda sevinirik. Oyun haqda çox danışmalı deyilik. Kubok matçları hər zaman fərqlidir. Nəticə hər iki komanda üçün açıq olur. Sevinirik ki, finalı doğma stadionumuzda keçirəcəyik. Bir aya qədər vaxtımız var ki, istədiyimiz kimi hazırlaşaq. Hər şeyi edəcəyik ki, kuboku qazanaq.

- Emin Mahmudovun vurduğu qola qədər nə düşünürdüz? 

- Rəqib 6 oyunçu ilə müdafiə olunurdu. Ona qarşı nə taktika fikirləşə bilərəm? Hər epizodda yerə yıxılıb vaxt aparırdılar. İki dəfə top qapı tirinə tuş gəldi, sonra iki qol vurduq, bəxtsizlik oldu, çətin idi. Cinahdan rəqib müdafiəsini yarmağa çalışdıq. Həm Ömər Buludov, həm də Azər Salahlı oyuna güclü qoşulmağa çalışdılar. Sezar Meza Kolli topla olanda təhlükə yaradır. Yeqor Boqomolski elə hücumçudur. Ona qarşı oynamaq çətindir. Yeqorun ötürməsi bizi finala daşıdı. Meydanda hər bir oyunçu bacardığını etməyə çalışdı. Rəqib arxaya divar hörəndə, çətin olur. 

- Bu heyət avrokuboklarda neçə mərhələ keçməyinizə imkan verər?

- Gəlin, bu haqda indidən danışmayaq. Çünki final oyunumuz var. F

- Əlavə vaxt üçün xüsusi planınız var idi?

- Niyə elə düşünək? Gəlin, indiki məqama sevinək. İnanın ki, o ssenarini düşünmək istəmirəm.

- Kubokda 0:1 uduzduqdan sonra geridönüş edirsiz. Final isə bir oyundan ibarətdir...

- Kubok oyunları çempionat matçlarından fərqli keçir. Finalda evimizdə oynayırıq. Biz hazır olmalıyıq. Çünki bir oyundur. Hər bir komanda qalib ola bilər. Çox üzücüdür finalı uduzmaq. Mənim ağlımdan da keçmir. 

- Finalda hansı komandanı gözləyirsiz?

- Fərqlidir. Biz onu müqayisə edə bilmərik. Final oyunudur, hər iki komanda çox yaxşı hazır olacaq. Böyük istək olacaq. Əgər oynayacağın rəqibin səndən zəif olduğunu düşünsən, oyuna 100 faiz köklənmədən çıxsan, uduzacaqsan.