“Fiorentina” evdə uduzdu, “Aston Villa” yarımfinala keçdi - Gecənin nəticələri - Video

fiorentina-evde-uduzdu-aston-villa-yarimfinala-kecdi
Oxunma sayı: 303

UEFA Avropa Liqası və Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları baş tutub.

“Qafqazinfo” xəbər verir ki, gərgin keçən qarşılaşmalardan sonra hər iki turnirdə yarımfinalçılar müəyyənləşib.

Avropa Liqasında Almaniyanın “Frayburq”, Portuqaliyanın “Braqa”, həmçinin İngiltərə təmsilçiləri “Nottinqem Forest”“Aston Villa” rəqiblərini üstələyərək növbəti mərhələyə adlayıblar.

Gecənin maraqlı nəticələrindən biri İspaniyada qeydə alınıb. “Selta” öz meydanında “Frayburq”a 1:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. “Aston Villa” isə İtaliyanın “Bolonya” klubunu darmadağın edərək (4:0) gücünü nümayiş etdirib.

UEFA Konfrans Liqasında isə Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor”la yanaşı, “Kristal Pelas”, “Rayo Valyekano”“Strasburq” komandaları yarımfinala vəsiqə qazanıblar. “Fiorentina” cavab oyununda qalib gəlsə də, ilk matçdakı böyükhesablı məğlubiyyət (0:3) İtaliya klubunun yolunu kəsib.

UEFA Avropa Liqası (1/4 final, cavab oyunları):

“Selta” (İspaniya) – “Frayburq” (Almaniya): 1:3 (İlk oyun: 0:3)

“Betis” (İspaniya) – “Braqa” (Portuqaliya): 2:4 (İlk oyun: 1:1)

“Nottinqem Forest” (İngiltərə) – “Portu” (Portuqaliya): 1:0 (İlk oyun: 1:1)

“Aston Villa” (İngiltərə) – “Bolonya” (İtaliya): 4:0 (İlk oyun: 3:1)

UEFA Konfrans Liqası (1/4 final, cavab oyunları):

AZ (Niderland) – “Şaxtyor” (Ukrayna): 2:2 (İlk oyun: 0:3)

“Fiorentina” (İtaliya) – “Kristal Pelas” (İngiltərə): 2:1 (İlk oyun: 0:3)

AEK (Yunanıstan) – “Rayo Valyekano” (İspaniya): 3:1 (İlk oyun: 0:3)

“Strasburq” (Fransa) – “Maynts 05” (Almaniya): 4:0 (İlk oyun: 0:2)