FMG şirkəti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin mühafizəsi məqsədilə müxtəlif layihələr həyata keçirir.
Bu dəfə “Facility Management Group” şirkətinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.
“Evimizi qoruyaq” devizi altında baş tutan aksiya çərçivəsində Müşviqabad qəsəbəsində xüsusi ayrılmış ərazidə Abşeron yarımadasının iqlim şəraitinə uyğun olaraq 300 ədəd Eldar şamı və zeytun ağacları əkilib.
Aksiyanın məqsədi yaşıllıqların bərpası və artırılması, ağac əkməklə təbiətə töhfə verməkdir.
Xatırladaq ki, “Facility Management Group” əmlak bazarında yeddi ildən artıq müddətdir ki, fəaliyyət göstərir. Ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən ölkənin aparıcı şirkətlərindən biridir.
https://www.facebook.com/fmg.azerbaijan/
https://www.instagram.com/fmg.az/
https://www.linkedin.com/company/fmgazerbaijan