“Fransa Ermənistanı hərbiləşdirmə proqramına başlayıb”

fransa-ermenistani-herbilesdirme-proqramina-baslayib
Oxunma sayı: 1748

“Avropa İttifaqının Fransa kimi bəzi ölkələri Ermənistanı hərbiləşdirmə proqramına başlayıb. Ermənistana hərbiləşdirmə proqramı lazım deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EU Reporter”ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Ermənistana sülh proqramı lazımdır.

H.Hacıyev Ermənistanın Fransadan radar sistemləri və “Mistral” raketləri aldığını qeyd edib: “Biz mütəmadi olaraq Fransa kimi üzv dövlətlərə Azərbaycan ərazisində separatçılığı dəstəkləməməklə, erməni revanşizmini və ya regionumuzda geosiyasi oyunları təşviq etməməklə bağlı xəbərdarlıq etmişik. Təəssüf ki, bu doğrudur”.