Bu gün Qətərdə təşkil olunan dünya çempionatında növbəti finalçının adı müəyyənləşəcək.
“Qafqazinfo” xəbər verir ki, ikinci yarımfinal matçında Fransa və Mərakeş milliləri üz-üzə gələcək.
“Əl-Bayt” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Xatırladaq ki, ilk yarımfinal oyununda Argentina Xorvatiyaya 3:0 hesabıyla qalib gələrək finala yüksəlib.
Dünya çempionatı
Yarımfinal
14 dekabr
23:00. Fransa – Mərakeş
Baş hakim: Sezar Ramos (Meksika).
“Əl-Bayt” stadionu.
***
Komandaların start heyətləri açıqlanıb:
Fransa: Lloris, Teo Ernandes, Konate, Varan, Kunde, Tçuameni, Fofana, Qrizmann, Mbappe, Jiru, Dembele
Mərakeş: Bunu, Hakimi, El-Yamik, Ses, Aqer, Mazraoui, Unai, Amrabat, Zieş, En-Nesiri, Bufal
***
Matç başladı.
Theo Hernandez 5-ci dəqiqədə Fransanı hesabda önə keçirir - 1:0.
***
İlk hissə Fransanın 1:0 hesablı qələbəsi ilə başa çatdı.
***
İkinci hissə başladı.
***
79-cu dəqiqədə Kolo Muani Fransanın ikinci qolunu vurur.
***
Oyun başa çatdı. Mərakeşi 2:0 hesabı ilə məğlub edən fransızlar finala vəsiqə qazanır.
Qeyd edək ki, Argentina-Fransa finalı dekabrın 18-də baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər