Fransa prezidentliyinə namizəd gizlicə Qarabağa gəldi

fransa-prezidentliyine-namized-gizlice-qarabaga-geldi
Oxunma sayı: 10085

Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekrez gizli şəkildə Qarabağa səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “France Télévisions”un jurnalisti və siyasi şərhçisi Jülen Neni Tvitterdə məlumat verib.

“Valeri Pekrez bu gün Qarabağa səfər edib. Orada yerli siyasətçilərlə tanış olub. Təhlükəsizliyə görə səfər Ermənistanda olan əksər fransız mediası, o cümlədən, “France” TV tərəfindən işıqlandırılmayıb”, - deyə Neni yazıb.

Qeyd edək ki, Pekrez Ermənistana dünən səfər edib.