Fransada parkda uşaqlara bıçaqla hücum - Yaralılar var

fransada-parkda-usaqlara-bicaqla-hucum
Oxunma sayı: 1105

Fransanın cənub-şərqində yerləşən Annesi bölgəsində qanlı insident yaşanıb.

“Qafqazinfo” “France-Press” agentliyinə istinadən xəbər verir ki, bıçaqlı bir nəfər parkda olan sakinlərə hücum edib. Hadisə nəticəsində 6-sı uşaq olmaqla 8 nəfər xəsarət alıb. Yaralılardan üçünün vəziyyəti ağırdır.

Ölkənin daxili işlər naziri Jerald Darmanin hücum edən şəxsin polis tərəfindən saxlanıldığını açıqlayıb. İlkin məlumatda onun suriyalı mühacir olduğu deyilir. Bununla belə, hadisənin hələ ki hansı səbəbdən törədildiyi məlum deyil.

Bununla yanaşı, Baş nazir Elizabet Born hadisə yerinə yollanıb. İnsidentlə bağlı araşdırma başladılıb.