Fransanın müdafiə naziri Kiyevə getdi

fransanin-mudafie-naziri-kiyeve-getdi
Oxunma sayı: 788

Fransanın müdafiə naziri Sebastyan Lekornyu Ukraynanın paytaxtı Kiyevə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Fransanın “BFM” telekanalı yayıb.

Bildirilir ki, Lekornyu Kiyevə Varşavadan qatar ilə gedib.

Məlumata görə, bu, fransalı nazirin may ayında vəzifəyə gəldiyi gündən ilk səfəridir. 

Onun ukraynalı həmkarı Aleksey Reznikovla danışıqlar aparacağı bildirilir. Nazirlərin görüş zamanı Fransanın Ukraynaya silah göndərməsi məsələsini müzakirə edəcəkləri gözlənilir.