Fransanın təmsilçisi qələbə qazanacağına əmindir

fransanin-temsilcisi-qelebe-qazanacagina-emindir
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, bu il “Echo” mahnısı ilə fransanı təmsil edəcək məşhur müğənni Anggan Eurovision.az saytına müsahibə verib. Anggun müsahibədə bildirib ki, mahnısı və performansı ilə Avropanın dəstəyini qazanacaq :“Bir musiqiçi kimi bu müsabiqə mənim üçün çox maraqlıdır. Bakı səhnəsində uğur qazanmaq üçün çalışacağam. Bu müsabiqədə müğənnilər qalib gəlmir, mahnılar qalib gəlir. Əgər mən "Eurovision - 2012"nin qalibi olsam bu ilk növbədə mahnının qələbəsi olacaq”.

Anggun "Eurovision - 2012"nin Azərbaycanda keçiriləcəyinə çox sevindiyini bildirib.

“Mən “Bakı Crystal Hall” şəkillərini gördüm və sevinirəm ki, belə möhtəşəm məkanda çıxış edəcəyəm. Azərbaycan - qədim köklərə, adət-ənənələrə və tarixə malik bir ölkədir. Mən Fransada yaşasam da, İndoneziya anadan olmuşam. Müsəlman olmasam da özümdə Şərqi və Qərbi birləşdirirəm. Azərbaycanda Şərqi və Qərbi birləşdirir”- o, qeyd edib.