“Full Energy”dən Ordumuza dəstək - Video

full-energyden-ordumuza-destek
Oxunma sayı: 3154

Full Energy ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşan Milli Ordumuza dəstək olmaq məqsədi ilə hərbi hissələrə 3 maşın və 50 000 AZN vəsait göndərib. 

Şirkətdən verilən məlumata görə, şirkət hər zaman dövlətimizin, onun azadlığı uğrunda canından keçməyə hazır olan əsgərlərimizin yanında olmağa hazırdır.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.