Füzulidə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirildi - Fotolar

fuzulide-heyder-eliyev-ve-azerbaycanciliq-mefkuresi-adli-konfrans-kecirildi
Oxunma sayı: 965

Füzuli rayonunda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin və Yap Füzuli rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda rayon rəsmiləri, rayondan olan bir qrup tanınmış ziyalı, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev İlham Əliyev tərəfindən 2023-cü ilin respublikamızda Heydər Əliyev ili elan olumasının mütərəqqi bir hadisə olduğunu diqqətə çatdırıb.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə yaranan müsbət dəyişikliklərdən, dahi şəxsiyyətin xalqı, milləti azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirməsindən söz açan rayon rəhbəri İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız böyük Zəfərin Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsi olduğunu bir daha vurğulayıb.