Gecə 3-də Təcili Tibbi Yardım Stansiyasının həyətində meyiti tapıldı

gece-3-de-tecili-tibbi-yardim-stansiyasinin-heyetinde-meyiti-tapildi
Oxunma sayı: 2782

Bakıda tibb müəssisəsinin həyətində ölüm hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 5-i saat 03 radələrində Səbail rayonu Ş.Allahverdiyev küçəsində yerləşən 2 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində meyit tapılıb.

Ölən şəxsin 1968-ci il təvəllüdlü Ruslan Rəşid oğlu Nadirov olduğu müəyyən edilib. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.