Gecə 4-də arvadını bıçaqladı

gece-4-de-arvadini-bicaqladi
Oxunma sayı: 2982

İmişlidə ər arvadını bıçaqlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə saat 04 radələrində rayonun Cavadxanlı kəndində qeydə alınıb. 1985-ci il təvəllüdlü Elməddin Qəhrəmanov evin yataq otağında həyat yoldaşı, 1988-ci il təvəllüdlü Zəhra Qəhrəmanovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. 35 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Faktla bağlı İmişli rayon polis şöbəsinin İstintaq bölməsində CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, E. Qəhrəmanov şübhəli şəxs qismində tutulub.