Gələn il üçün nəzərdə tutulan büdcə gəlirləri və xərclərinin məbləği açıqlandı

gelen-il-ucun-nezerde-tutulan-budce-gelirleri-ve-xerclerinin-meblegi-aciqlandi
Oxunma sayı: 2174

Xəbər verdiyimiz kimi, bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetinin ölkənin 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin, 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunan geniş iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, 2023-cü il dövlət büdcəsi layihəsi barədə ümumi məlumat verən Baş nazir büdcə gəlirlərinin 30,7 milyard manat, xərclərinin isə 33,3 milyard manat səviyyəsində nəzərdə tutulduğunu diqqətə çatdırıb.

O bildirib ki, büdcə kəsirinin ÜDM-ə nisbəti 2,4% təşkil edir.