Gəmi kapitanı vəfat etdi - Foto

gemi-kapitani-vefat-etdi
Oxunma sayı: 1160

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının “Cabbar Həşimov” gəmisinin kapitanı İlqar Əhəd oğlu Dadaşov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ASCO yayıb.

Bildirilib ki, gəmi kapitanı 61 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İ.Dadaşov əmək fəaliyyətinə 1985-ci ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində matros kimi başlayıb. 2009-cu ildən səfərlərə kapitan kimi çıxıb, 2017-ci ildən isə “Cabbar Həşimov” tankerinə kapitanlıq edib.