Gəncədə 21 yaşlı oğlan intihar etdi

gencede-21-yasli-oglan-intihar-etdi
Oxunma sayı: 2989

Gəncədə intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Binada yaşayan 21 yaşlı Seymur Mahmudov adlı gənc oğlan özünü blokdakı qaz borusundan asıb.

Onun meyiti qonşular tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.