Gəncədə ağır qəza, 5 gənc xəsarət aldı - Yenilənib

gencede-agir-qeza-5-genc-xesaret-aldi
Oxunma sayı: 4736

Gəncədə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı 5 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

Bunlar 1996-ci il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahovdur.