Gəncədə ağır qəza, ölən və yaralananlar var - Fotolar+Yenilənib

gencede-agir-qeza-olen-ve-yaralananlar-var
Oxunma sayı: 3448

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin qərb çıxışında qeydə alınıb.

“Mazda” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ölən və yaralanan şəxsləri kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.

***

Yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.  Qəza nəticəsində 1991-ci il təvəllüdlü Şəmkir rayon sakini Qurbanov Sənan Səyyad oğlu həyatını itirib. Yaralananlardan biri isə 1993-cü il təvəllüdlü Əliyev Fərid Rasim oğludur.

Elmar Əli