Gəncədə yanğın hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 4 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzildə qeydə alınıb. Alov qonşu mənzilə də keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tezliklə söndürülüb.
Yanğının qazsızma səbəbindən baş verdiyi ehtimal olunur.
Yanğın zamanı üç nəfər xəsarət alıb. Onlar: 40 yaşlı Mehdi Cabbarov, 59 yaşlı Ruzigar Rzayev və 55 yaşlı İradə Rzayevadır. Bina sakinləri təxliyə edilib.
Elmar Əli
Fotolar: APA


Son xəbərlər
Son Xəbərlər