Gəncədə bir neçə nəfər suşidən zəhərləndi - Yenilənib

gencede-bir-nece-nefer-susiden-zeherlendi
Oxunma sayı: 2632

Gəncədə bir neçə nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, onların suşidən zəhərləndiyi ehtimal olunur.

Zəhərlənən şəxslərin kimliyi dəqiqləşdirilir.

***

Gəncədə suşidən zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi məlum olub.

Əldə etdiyimiz məlumata görə, onlar 2002-ci il təvəllüdlü T.Cabbarzadə, 2001-ci il təvəllüdlü G.Əmiraslanova və 2004-cü il təvəllüdlü K.Kərimovadır.

Yunis Quliyev