Gəncədə idman gününə həsr olunmuş tədbir keçirildi - Fotolar

gencede-idman-gunune-hesr-olunmus-tedbir-kecirildi
Oxunma sayı: 1830

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına meydanda baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idman ustaları, məşqçilər və şəhər ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə rəsmilər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirin rəsmi hissəsində bildirilib ki, hər il mart ayının 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis edilib. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün mart ayının 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib.

Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib. Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Rəsmi hissədən sonra bir qrup idmançı bədən tərbiyəsi və idman sahəsində əldə etdikləri nailiyyətlərə görə  “Fəxri fərman” və “Təşəkkünamə”lərlə  təltif olunublar.

Tədbirin sonunda F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov və Vasif Bayramov çıxış ediblər.