Gəncədə kişinin gözünü çıxaran şəxs həbs edildi - Yenilənib

gencede-kisinin-gozunu-cixaran-sexs-hebs-edildi
Oxunma sayı: 8584

Gəncədə ödəmə terminalının qarşısındakı növbəyə görə yaranan mübahisə dəhşətli cinayətə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Saat 22 radələrində naməlum şəxs növbəyə görə 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə mübahisə edib.

Həmin şəxs daha sonra E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz alması partlayıb və göz möhtəviyyatı xaricə tökülüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Həmçinin oxuyun: Проект “Her Improvement“, поддерживаемый Azercell, содействовал созданию девушками технологических стартапов 

***

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisəni törətmiş Elçin Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

***

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun inspektoru, polis kapitanı Eşqin Qasım "Qafqazinfo"ya bildirib ki, Gəncə Şəhər Məhkəməsinin qərarı ilə E.Fərhadzadə barəsində istintaq müddəti üçün 4 ay həbs-qətimkan tədbiri seçilib.

Nizam Rza