Gəncədə ölənlərin sayı 7-ni keçdi

gencede-olenlerin-sayi-7-ni-kecdi
Oxunma sayı: 10568

“Gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb. 3 yaşayış binası dağıdılıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev tvitterdə yazıb. 

O qeyd edib ki, indiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb: “Uşaqlar da daxil olmaqla 33 mülki şəxs ağır yaralanıb. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.