Gəncədə zəhərlənmə baş verən dönərxanın fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Qeyd edilib ki, baş verən hadisə ilə bağlı araşdırmalar davam edir: “Gəncədə baş verən hadisə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır.
Agentliyin müfəttişləri hadisənin baş verdiyi Gəncə şəhərində yerləşən “Nur” dönərxanasına baxış keçirib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, ötən gün Gəncə şəhərində Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbin 8 şagirdi yedikləri dönərdən zəhərləniblər. Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunan şagirdlər zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Gülnar Əliyeva


Son xəbərlər
Son Xəbərlər