Gəncədə yük maşını yaşlı qadını vurub öldürdü

gencede-yuk-masini-yasli-qadini-vurub-oldurdu
Oxunma sayı: 331

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələn qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 1966-cı il təvəllüdlü Rəna Məmmədovanı vurub.

59 yaşlı qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. 

İlkin məlumata görə, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev