Gəncədə zəncirvari qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
İki “KİA” və bir “Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində Ə.Əliyev (1998), R.Aslanov (2001) və şəxsiyyəti dəqiqləşdirilən daha iki nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirib. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev