General Əsədullayev vəfat etdi

general-esedullayev-vefat-etdi
Oxunma sayı: 11716

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi, polis general-mayoru Şərif Əsədullayev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, generalın ölümü haqda yaxınları məlumat yayıb.

General Əsədullayev 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 2014-cü ildə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilən Ş.Əsədullayev 2017-ci ildə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.

Mərhum general Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşı idi.