Gerasimov Belarusa getdi

gerasimov-belarusa-getdi
Oxunma sayı: 1430

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov Belarusa səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Səfərin məqsədi Rusiya hərbçilərinin Rusiya-Belarus “Müttəfiq qətiyyət” birgə təlimlərində iştiraka hazırlığına nəzarət etməkdir.

Qeyd edək ki, “Müttəfiq qətiyyət-2022” birgə təlimləri fevralın 10-dan 20-nə qədər keçiriləcək.