“Gətirin qurana əl basım, məndəki heroin o qədər deyildi” - - Məhkəmə zalından

getirin-qurana-el-basim-mendeki-heroin-o-qeder-deyildi-
Oxunma sayı: 1961


"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Bildirib ki, Mirhüseyn Bağırov Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirləndirilir. O satış üçün istintaqa məlum olmayan şəxsdən 31 qram heroin alıb və onu Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən "Babək" marketin yaxınlığında daşın altında gizlədib. Bu ilin fevralın 1-də heroini həmin daşın altından götürüb. Daxili İşlər Nazirliyi əməkdaşlarlna daxil olan məlumat əsasında M.Bağırov saxlanılıb və üstünə baxış keçirilib. Bu zaman onun üzərindən qeyd olunan miqdarda heroin götürülüb.

Mirhüseyn Bağırov ifadə verərək özünü qismən təqsirli bilib: "Mən 25 ildir ki, bunun xəstəsiyəm. Əvvəl başqa şey çəkirdim, son vaxtlar heroinə başlamışam. Cavanlıq etmişəm. Amma mənim üstümdə 31 qram heroin olmayıb. Özüm də seyidəm, gətirsinlər Qurana əl basım. Məndə cəmi 2 büküm heroin olub, onlara da 60 manat pul vermişəm. Bölməyə mənim başqa yaxın adamımı, Nürəddini də gətirdilər, dedilər biz deyəni yazmasan bunu da həbs edəcəyik. Ona görə dedim nə istəyirsiz yazım. Saxlanılanda üstümdə cəmi 1 manat vardı, yazdılar ki, 10 manat olub. Əməlimdən peşmanam".

M.Bağırov deyib ki, heroinin bir bükümünü başqa bir tanışına satıb: "Bir büküm də dostum Nürəddin Qafarova verdim, o da həbs olundu. Mən onunla Zığda xəstəxanada müalicə alanda tanış olmuşdum. On beş gün qaldım xəstəxanada, narkotiksiz dözə bilmədim, çıxdım bunları etdim. Özüm heç yerdə işləmirəm. Evliyəm, iki oğlum var. Oğlanlarım işləyib pul verirdilər, mən də narkotik alırdım. Evdə elə bilirdilər dərman alıram".

Məhkəmənin növbəti iclası iyunun 10-a təyin edilib.

Murad Əhməd