Gömrük Hospitalı vakansiya elan etdi

gomruk-hospitali-vakansiya-elan-etdi
Oxunma sayı: 6039

COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan Mərkəzi Gömrük Hospitalı vakant yerlər elan edib.

“Qafqazinfo” xəbər verir ki, pandemiya dövründən asılı olaraq müddətli işə qəbul ediləcək personal COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsinə cəlb olunacaq.

Hospital aşağıdakı vakansiyalar üzrə tibb işçilərinə ehtiyac olduğunu bildirib:

Həkim 

Vakansiya tələbləri: 

- Ali tibb təhsili;

- Səhiyyə Nazirliyinin sertifikasiyası

- Tibb sahəsində minimum 1 il iş təcrübəsi.

 Vəzifə öhdəlikləri:

- Klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator tədqiqatların məlumatlarına əsasən müstəqil surətdə diaqnoz müəyyənləşdirmək; 

- Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını müəyyən etmək; 

- Pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator diaqnostika metodlarını təyin etmək; 

- Diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq; 

- Zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək; 

- Tibbi yardım göstərilməsinin bütün mərhələlərində pasiyent üzərində müşahidəni həyata keçirmək; 

- Müalicə-diaqnostik prosesin təkmilləşdirilməsi, özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərin yaxşılaşdırırlması üzrə rəhbərliyə təkliflər vermək; 

- Öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət etmək, tabelikdə olanların həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək; 

Tibb bacısı (qardaşı)

Vakansiya tələbləri: 

- Orta tibbi təhsil (tibb bacısı, mama, feldşer)

- Səhiyyə Nazirliyinin sertifikasiyası

- Tibb sahəsində minimum  3 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

- Həkiməqədər tibbi yardım göstərmək. 

- Laboratoriya tədqiqatları üçün bioloji materialların götürülməsini həyata keçirmək. 

- Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək. 

- Ambulator və stasionar şəraitlərdə müalicə-diaqnostik manipulyasiyalar və kiçik əməliyyatlar aparılmasında həkimə assistentlik etmək. 

- Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara, həkimin ambulator qəbuluna hazırlanmasını aparmaq. 

- Həkim təyinatının yerinə yetirilməsini təmin etmək. 

- Dərman vasitələrinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyat keçirmək. 

- Kiçik tibb heyətinin fəaliyyətinə rəhbərlik etmək. 

- Tibbi tullantıların toplanılması və istifadə edilməsini həyata keçirmək. 

- Sanitariya-gigiyenik rejim, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların xəstəxanadaxil  infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirləri həyata keçirmək.

Kiçik tibb işçisi 

Vəzifə öhdəlikləri:

- Tibb bacısının rəhbərliyi altında xəstələrə qulluq etmək. 

- Xəstələrin və otaqların təmiz saxlanılmasını təmin etmək.

- Xəstələrə qulluq,  əşyalarının istifadəsi və saxlanılmasının düzgünlüyünü izləmək.

- Xəstələrin döşək ağlarının və alt geyimlərinin dəyişdirilməsini həyata keçirmək.

- Ağır xəstələrin daşınmasında iştirak etmək. 

- Müəssisədə sanitar normalara uyğun olaraq otaqların yığışdırılmasını həyata keçirmək.

Xadimə

Vəzifə öhdəlikləri:

- Otaqları, dəhlizləri, pilləkənləri yığışdırmaq. 

- Mebelin, xalça materiallarının tozunu təmizləmək; divarları, döşəmələri, pilləkənləri, pəncərələri əl ilə və ya maşın və aparatların köməyi ilə süpürmək və yumaq. 

- Zibil və tullantıları yığmaq və müəyyən olunmuş yerə çatdırmaq. 

- Duş, qarderob və digər ümumi istifadə yerlərində təmizlik və dezinfeksiya işlərini aparmaq. 

- Yuyucu və dezinfeksiyaedici məhlulları hazırlamaq. 

- Yığışdırılan yerlərdə sanitariya və gigiyena qaydalarına riayət etmək.

 Porter

 Vəzifə öhdəlikləri:     

- Zibil və tullantıları yığmaq və müəyyən olunmuş yerə çatdırmaq.

- Yığışdırılan yerlərdə sanitariya və gigiyena qaydalarına riayət etmək. 

- Ağır xəstələrin daşınmasında iştirak etmək.

- Döşəmələri, pilləkənləri, pəncərələri aparatların köməyi ilə yumaq.

Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına “Covid-19” başlığı ilə göndərə bilərlər.