Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki Əliyev Fərid Əlibaba oğlu vəzifəsindən ayrılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gün ərizə yazaraq işdən çıxıb.
F. Əliyev başqa dövlət qurumuna yüksək vəzifəyə gedib.
Həmçinin oxuyun: Банк Республика открыл свой очередной филиал в “Бакинском Доме МСБ”
Кто такой Шахин Мирзоев, получивший назначение в Нахчыван?
Gömrük Komitəsindən saytımıza məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, F. Əliyev bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. Onun 36 yaşı var.
***
Bundan başqa, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Telman Hüseynqulu oğlu Mehdiyev yaş həddi ilə əlaqədar öz ərizəsinə əsasən təqaüdə göndərilib.
Qeyd edək ki, T. Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur. O, 2022-ci ilin yanvarından bu vəzifədə idi.

Son xəbərlər
Son Xəbərlər