“Gör səni nə günə qoydular, Qadın?!” – - "Abrın, həyan soyuldu getdi…"

gor-seni-ne-gune-qoydular-qadin-
Oxunma sayı: 5890


8 Mart bayramı münasibətilə Ramiz Rövşənin “Azad qadın heykəli” şeirini “Kitab evi“nin oxucularına təqdim edirik:


“Azad qadın heykəli”


Yox, sənin canın da daşdan deyilmiş

Gör səni nə günə qoydular, Qadın?!

Əvvəlcə çadranı açdılar sənin… …

Sonra paltarını soyundurdular…

Sora səni soğan kimi qat qat soydular, Qadın!

Zalımların gözüdə yaşarmadı

Bu quldurlar içində de,

Səni soymağı, kim bacarmadı?

Bir sevginin işıği düşmüşdü üz-gözünə,

soydular…

O ışığı da soydular,

Qurmadığın ev eşiyi

Doğmadığın uşağıda soydular….

Gör səni nə günə qoydular, Qadın?!

Sonra abrın, həyan soyuldu getdi,

Sonra səbrin, dözümün

Göz yaşlari taladı…soydu getdi gözünü…

Gözlərin lüm-lüt qaldı…

Sonra gözlərindən öptülər yenə….

Adına nəğmələr goşdular Qadın…

Səndən ötrüymüş, sən demə

İnqilablar…savaşlar…

Axan qanlar, kəsilən başlar, Qadın!

İnqilabı neynirsən ki?

Sən özün ingilabsan,

Sən başdan ayağa oxunmamış kitabsan!

Kimsə səni gözlərindən oxumağa başladi

Kimsə ayaqlarından…

Amma heç kəs oxuyub sona çatmadı

Ortada ilişib qaldı hamısı…

Nə üstdən aşağıya, baxırsan bizə?

Yoxsa bizi də sən doğmusan Qadın?

Sənin doğduqların azad deyilsə

Özün necə azad olmusan Qadın?

Yox…. sənin azadlığın yarımçıqdı deməli?

Sən də yarımçıqsan, biz də yarımçıq

Yaxşımız da, pisimiz də yarımçıq.

Sən bizi təzədən doğ, azad qadın heykəli

Amma cırtdan doğma,

Sən bizi div doğ!

Amma yarımçıq yox,

Bizi bütöv doğ…

Onda sən də tamam azad olarsan

Ey mənim daş anam Azad Olarsan..

"Qafqazinfo" bu məqamda fotoqraf Elnur Muxtarın "Azərbaycan qadınları" ilə bağlı hazrladığı fotosessiyanı təqdim edir: