Gör, səni nə günə qoydular, Qadın?! - Ramiz Rövşən

gor-seni-ne-gune-qoydular-qadin-ramiz-rovsen
Oxunma sayı: 16277

Bu gün Azərbaycanın görkəmli şairi Ramiz Rövşənin 66 yaşı tamam olur.

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.

Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.

Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

“Qafqazinfo” 66 yaşı münasibətilə hörmətli şairimizi təbrik edir, ona uzun ömür, cansağlığı və yeni yaradıcılıq uğurları arzu edir. Ramiz Rövşənin “Azad qadın heykəli”nə şeirini oxuculara təqdim edirik:


Yox, sənin canın da daşdan deyilmiş
Gör səni nə günə qoydular, Qadın?!
Əvvəlcə çadranı açdılar sənin…
Sonra paltarını soyundurdular…
Sora səni soğan kimi qat qat soydular, Qadın!
Zalımların gözüdə yaşarmadı
Bu quldurlar içində de,
Səni soymağı, kim bacarmadı?
Bir sevginin işıği düşmüşdü üz-gözünə,
soydular…
O ışığı da soydular,
Qurmadığın ev eşiyi
Doğmadığın uşağıda soydular….
Gör səni nə günə qoydular, Qadın?!
Sonra abrın, həyan soyuldu, getdi,
Sonra səbrin, dözümün
Göz yaşlari taladı…soydu getdi gözünü…
Gözlərin lüm-lüt qaldı…
Sonra gözlərindən öptülər yenə….
Adına nəğmələr goşdular Qadın…
Səndən ötrüymüş, sən demə
İnqilablar…savaşlar…
Axan qanlar, kəsilən başlar, Qadın!
İnqilabı neynirsən ki?
Sən özün inqilabsan,
Sən başdan ayağa oxunmamış kitabsan!
Kimsə səni gözlərindən oxumağa başladı
Kimsə ayaqlarından…
Amma heç kəs oxuyub sona çatmadı
Ortada ilişib qaldı hamısı…
Nə üstdən aşağı, baxırsan bizə?
Yoxsa bizi də sən doğmusan,Qadın?
Sənin doğduqların azad deyilsə,
Özün necə azad olmusan, Qadın?
Yox…. sənin azadlığın yarımçıqdı, deməli?
Sən də yarımçıqsan, biz də yarımçıq
Yaxşımız da, pisimiz də yarımçıq.
Sən bizi təzədən doğ, azad qadın heykəli
Amma cırtdan doğma,
Sən bizi div doğ!
Amma yarımçıq yox,
Bizi bütöv doğ…
Onda sən də tamam azad olarsan
Ey mənim daş anam Azad Olarsan..