Goranboyda “Ulu öndər və milli mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib

goranboyda-ulu-onder-ve-milli-menevi-deyerlerimiz-movzusunda-konfrans-kecirilib
Oxunma sayı: 1204

Goranboy rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Ulu öndər və milli mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Anar Orucov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə şöbəsinin müdiri Həsən Məmmədov, rayonun digər rəhbər şəxsləri dini icma sədrləri, ziyalılar və ictimai fəallar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndərin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam edib.

Mərasimdə ümummilli lider və bütün şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib. Ümummilli liderə həsr olunmuş xüsusi videoçarx izlənilib.

Tədbirdə çıxış edən icra başçısı və digər ziyalılar ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi və dini dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə çalışdığını, eyni zamanda, gənclərimizi milli-mənəvi dəyərlər və əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə etdiyini vurğulanıb. 

Ümummilli liderin milli-mədəni inkişaf və tarixi yaddaşımızın bərpası istiqamətindә gördüyü misilsiz işlər xalqımızda milli ruhun canlanmasını, özünüdərki və soy-kökə qayıdışı təmin edilib.