Goranboyda uzunqulaq zəncirvari qəzaya səbəb oldu - Fotolar

goranboyda-uzunqulaq-zencirvari-qezaya-sebeb-oldu
Oxunma sayı: 485

Goranboyda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı avtomobil qarşısına çıxan uzunqulağı vurub.

Qəzadan sonra uzunqulaq yenidən yolun hərəkət hissəsinə çıxıb.

Bu zaman “Mercedes” markalı minik maşını onu vurub.

Uzunqulaq hadisə yerində tələf olub.

Bundan sonra qəzanı görən “KİA” markalı avtomobil dayanıb. Digər hərəkətdə olan “Hyundai Santefe” markalı minik maşını “KİA” ilə toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb. Ancaq avtomobillərə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev