Görüşləri 50 dəqiqə davam etdi - Fotolar - Yenilənib

gorusleri-50-deqiqe-davam-etdi
Oxunma sayı: 3591

ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Malayziyanın paytaxtı Kuala Lumpurda görüş keçirilib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, danışıqlar Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Malayziyada keçirilən sammiti çərçivəsində baş tutub.

Görüş 50 dəqiqə davam edib.

Tərəflər arasında danışıqların mövzusu açıqlanmayıb, lakin onların Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsinə hazırlıq məsələlərini müzakirə edə biləcəyi ehtimal olunur.

***

Rusiya Xarici İşlər Nazirliyi tərəflərin Ukrayna məsələsinin nizamlanmasını, İran və Suriya ətrafındakı vəziyyəti müzakirə etdiklərini açıqlayıb.