“Gossip Girl” serialının aktrisası vəfat etdi

gossip-girl-serialinin-aktrisasi-vefat-etdi
Oxunma sayı: 2633

Məşhur “Gossip Girl” serialının aktrisası Mişel Traxtenberq 39 yaşında vəfat edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, bu yaxınlarda qaraciyər transplantasiyası əməliyyatı keçiribmiş.

Məşhur aktrisa səhər saat 8 radələrində Nyu-Yorkdakı mənzilində ölü tapılıb.

Onun ölümünün təbii səbəblərdən olduğu düşünülsə də, dəqiq səbəb məhkəmə-tibbi ekspertizası tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, aktrisa “Gossip Girl” serialındakı “Georgina Sparks” rolu ilə şöhrət qazanmışdı.