Göyçayda ağır qəza, ölən var

goycayda-agir-qeza-olen-var
Oxunma sayı: 3690

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, dünən saat 20:50 radələrində Göyçayın Qarabaqqal kəndində Əhməd Çərkəzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1949-cu il təvəllüdlü rayon sakini Rafiq Hacıyevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.