Göyçayda tələbə qızlar zəhərləndi - Yenilənib

goycayda-telebe-qizlar-zeherlendi
Oxunma sayı: 1325

Göyçay rayonunda 4 nəfər zəhərlənib.

Bu barədə “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bildirilib ki, hadisə ötən gün saat 13:00 radələrində qeydə alınıb.

“4 nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, “Report”un məlumatına görə, zəhərlənən şəxslər tələbə qızlar olub. Onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal edilir.

***

AQTA hadisə ilə bağlı məlumat yayıb.

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, baş verən hadisə ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb. 

İlkin araşdırmalar nəticəsində hadisənin qida zəhərlənməsi olması barədə yayılan məlumatlar təsdiqini tapmayıb. Belə ki, Göyçay rayon mərkəzi xəstəxanasından Agentliyə daxil olan məlumatda həmin şəxslərə “toksik alergik qastrid” və “dəqiqləşdirilməmiş qastrid” diaqnozları qoyulduğu qeyd edilib.