Göygöldə Yaylaq Festivalında çardaq uçdu - Xəsarət alanlar var+Video-Yenilənib

goygolde-yaylaq-festivalinda-cardaq-ucdu
Oxunma sayı: 1975

Göygöldə keçirlən Milli Yaylaq Festivalında quraşdırılmış çardaq uçaraq ərazidə olan insanların üzərinə aşıb.

“Qafqazinfo” xəbər verir ki, ilkin məlumata görə, xəsarət alanlar var.

Əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.

Yaralıya ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

İlkin məlumata görə, 4 nəfər xəsarət alıb.

Həmin şəxslər Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirlib.

***

Polis əməkdaşları ərazidə xəsarət alanların təxliyə olunması, nəqliyyət vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində xidmət aparır.

***

Yaylaq Festivalında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Belə ki, hadisə nəticəsində 1975-ci il təvəllüdlü Təranə Cəfərova, 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, 1999-cu il təvəllüdlü Əli Məmmədzadə,1968-ci il təvəllüdlü Nailə İsmayılova, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdllü Vüsət Zeynalov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.