Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qırıqlı kəndi ərazisində baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü Ramal Zeynalovun idarə etdiyi “Hundai” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyada, 2003-cü il təvəllüdlü Firuz Quluzadəni vurub və daha sonra divara çırpılıb.
Nəticədə piyada ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər