Göygöldəki dəhşətli qətldə şübhəli bilinən şəxs saxlanıldı - Yenilənib

goygoldeki-dehsetli-qetlde-subheli-bilinen-sexs-saxlanildi
Oxunma sayı: 1667

Göygölün Molla Cəlilli kəndi ərazisində dərədən meyiti tapılan 40 yaşlı Sabiq Quliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 1985-ci il təvəllüdlü Rasim Quliyev istintaqa cəlb edilib.

Xatırladaq ki, S. Quliyevin meyiti dörd gün əvvəl kəndin kənarındakı dərəyə atılmış vəziyyətdə aşkarlanmışdı.

Faktla bağlı araşdırma davam etdirilir.

***

Məlumata görə, dərədən meyiti aşkarlanan 1986-cı il təvəllüdlü S. Quliyevlə hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü R. Quliyevlə həmkəndli olublar.

Hadisə günü isə onlar bir yerdə yeyib-içiblər. Belə ki, iki sərxoş arasında baş verən mübahisə tanışlardan birinin ölümü ilə nəticələnib.

Yunis Quliyev