Gözünü və böyrəyini itirən qazi vəfat etdi - Foto

gozunu-ve-boyreyini-itiren-qazi-vefat-etdi
Oxunma sayı: 1089

2016-cı ilin aprelində Ermənistanın təxribatı nəticəsində meydana gələn döyüşlərdə ağır yaralanan hərbi qulluqçu Rüstəm Cəmil oğlu Bayramov Gəncə şəhərində vəfat edib.

“Qafqazinfo” “Gencexeber”ə istinadən xəbər verir ki, qazi Gəncənin Sevinc qəsəbəsində dünyasını dəyişib.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Rüstəm MAXE kimi çavuş rütbəsində xidmət edib. O, 2016-cı ildə Aprel döyüşləri zamanı ağır yaralanaraq bir gözünü və böyrəyini itirmişdi.