Güclü maqnit qasırğası gözlənilir

guclu-maqnit-qasirgasi-gozlenilir
Oxunma sayı: 6030

İyulun 27-də baş vermiş Tac Kütlə Atılmasının təsiri ilə bu gün G1 (zəif), 30-31 iyulda isə son günlərdəki aktivliyə bağlı olaraq G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Bu barədə “Qafqazinfo”ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd olunub ki, ardıcıl baş vermiş TKA-nın təsiri nətiəsində Günəş küləyinin sürətinin 31 iyuldadək yüksək olacağı proqnozlaşdırılır.