“Gücsüz Ermənistanla istənilən dildə danışa bilərik”

gucsuz-ermenistanla-istenilen-dilde-danisa-bilerik
Oxunma sayı: 2129


Parada dəvət edilən qonaqları salamlayan dövlət başçısı Azərbaycan xalqını Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edib: “Azərbaycan bu gün öz hərbi qüdrətini nümayiş etdirəcək. Ordu quruculuğu bizim üçün ən başlıça prioritet məsələdir. Hər bir ölkə üçün bu belə olmalıdır. Xüsusi ilə müharibə şəraitində yaşayan ölkələr üçün bu əhəmiyyətlidir. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Ordumuz hər zaman işğal edilən torpaqlarımızı azad etməyə hazır olmalıdır. Uzun illərdir bu əldalətsizlik davam edir. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparır”. 

Prezident bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edirlər: Ancaq Ermənistan beynəlxalq hüququ normalarına məhəl qoymur və işğalı davam edir. Əfsusular olsun ki, danışıqlar nəticə vermir. Belə olan halda ordu quruculuğuna ehtiyac var. Qarabağ tarixi Azərbaycan torpaqlarıdır, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Nəinki bugünki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Göyçə mahalı bizim tarixi torpaqlarımızıdır. Azərbayacan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Bizim mövqeyimiz tarixi ədalət üzərində qurulub. Bizim mövqeyimiz güclü ordu ilə tamamlanır. Ordumuz inkişaf edir. Mən hərbi hissələrdə tez-tez oluram və görürüəm ki, ordumuzun döyüş qabiliyyəti artır. Orduda xidmət edənlər Vətəninə xalqına bağlı olan insanlardır”. 

Prezident İlham Əliyev Azərbaycanın son illər ərzində hərbi məsələlər üçün böyük vəsait hazırladığı qeyd edib: “Son illər ərzində müasir texnika, silah-sursat alınıb. Texnikanın bir hissəsi bugünki paradda nümayiş etdiriləcək. XXI əsrdə müharibələr daha çox texnologiyalar, biliklər üzərində qurulacaq. Bu zəmanənin tələbidir. Azərbaycanın son illər ərzində əldə etdiyi silahlar yüksək dəqiqiliyə, məhvetmə gücünə malikdir. 

Güclü Azərbaycan gücsüz Ermənistanla istənilən dildə danışa bilər. Biz sadəcə bölgədə sabitliyi qorumaq üçün danışıqlar yoluna üstünlük veririk. Azərbaycanın razılığı olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Sabitliyi qorumaq üçün biz hələki siyasi yollara üstünülük veririk. Bizim iqtisadi gücümüz müqayisə edilməz dərəcədə artıb”.

/AnsPress/