Gülayın idmançı əri həbsi ilə bağlı yayılan xəbərdən danışdı - Yenilənib

gulayin-idmanci-eri-hebsi-ile-bagli-yayilan-xeberden-danisdi
Oxunma sayı: 11320


Tanınmış məşqçi Kamil Zeynalov yol polisi tərəfindən saxlanılıb. "Qafqazinfo" publika.az–a istinadən xəbər verir ki, hazirda idmançı Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır.

Onun saxlanmasına səbəb yol polisi ilə mübahisə edərək əl qaldırması olub. Məlumata görə, şəhərin mərkəzi küçələrinin birində yol polisi onun “Hummer” markalı avtomobilini saxlayıb. K.Zeynalov avtomobildən düşərək polisə əl qaldırıb və  bir də onun avtomobilini saxlamamağı tapşırıb. 

Beləliklə, Kamil Zeynalovla polis arasında yaşanan insident nəticəsində  saxlanılıb.

Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynalov mügənni Gülay Zeynalovanın həyat yoldaşıdır.

***

Xanəndə Gülay Zeynalova həyat yoldaşı, idmançı Kamil Zeynallının həbs olunması haqda yayılan xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo”ya açıqlamasında xanəndə yayılan məlumatların əsassız olduğunu bildirib:

“Hazırda ailəmizlə, dostlarımızla Qaxda istirahət edirik. Kamil həbs olunmayıb, ailəsi ilə dincəlir. Kim nə istəyirsə, onu da danışır, yazır. Demək istəyirəm ki, bunlar şayiədir. Bu cür xəbərlərin heç bir əsası yoxdur”.

***

Xanəndə Gülay Zeynalovanın həyat yoldaşı, idmançı Kamil Zeynallı həbs olunması haqda yayılan xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo”ya açıqlamasında idmançı həbs olunmadığını, yayılan məlumatların yalan olduğunu  bildirib:

 “Hazırda ailəmlə istirahət edirəm, həbs olunmamışam. Mən o qədər harınlamamışam ki, yaşadığım dövlətin məmuruna əl qaldırım. Polislə heç bir problemim olmayıb. Sizdən əvvəl də həbs olunmağımla bağlı mənlə əlaqə saxladılar. Onlara da bildirdim ki, bu xəbərlər yalandır.” 

Könül