Gülbahar Şükürlü vəfat etdi - Yenilənib

gulbahar-sukurlu-vefat-etdi
Oxunma sayı: 18486

Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram hesabında paylaşım edib. 

Qeyd edək ki, 62 yaşlı tanınmış qarmon ifaçısı uzunsürən  xərçəng xəstəliyindən sonra bu gün vəfat edib.

1998-ci ildə özünün bəstələdiyi “Aytac” rəqsi ona xeyli uğur gətirib, eyniadlı ilk albomu işıq üzü görüb. Yaradıcılıq dövrü ərzində “Rusif”, “Ləman” və “İnanmaram” adlı albomları onu Azərbaycan tamaşaçısının sevimlisinə çevirib. 2009-cu ildə mədəniyyət sahəsində xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.

***

Mədəniyyət Nazirliyi Gülbahar Şükürlünün vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda qeyd olunub:

“Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü vəfat edib.

Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!”