Günel “Azəri qızı” ləqəbindən imtina etdi

gunel-azeri-qizi-leqebinden-imtina-etdi-
Oxunma sayı: 8234


"Qafqazinfo" Axşam.az-a istinadən xəbər verir ki, ifaçı təzə ildə bir çox yeniliklərə imza atacağını bildirib:

"Çox ümidliyəm. Albomum işıq üzü görəcək. Qardaşım Tunar Rəhmanoğlu ilə duetimiz hazırdır. İlk dəfə muğam ifa etmişəm. Onu dinləyicilərin ixtiyarına verəcəyəm. Efirlərə ailəmlə birlikdə qatılıram. Doğmalarımla bir olmaq mənə daha xoşdur”. 

Günel “Azəri qızı” ləqəbindəki "qızı" sözündən imtina etdiyini deyib: “Bundan sonra adımdakı “qızı” ifadəsindən istifadə etməyəcəyəm. Artıq yaşım artıb, qocalıram (gülür)”