Günel bacısının gözü önündə öldürülübmüş

gunel-bacisinin-gozu-onunde-oldurulubmus
Oxunma sayı: 7369

Salyanda arvadını öldürməkdə ittiham olunan 30 yaşlı Qaraş İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bu barədə “Qafqazinfo”ya rayon prokurorluğundan məlumat verilib.

İstintaqla Qaraş İbrahimovun aralarında yaranmış mübahisə zamanı 25 yaşlı həyat yoldaşı Günel Quliyevanı sonuncunun bacısının gözü qarşısında üzərində olan soyuq silah hesab edilən ov bıçağı ilə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qaraş İbrahimova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə) maddələri ilə ittiham elan edilib, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxs verilmiş ittihamla təqsirli bilinərsə, 14 ildən 20 ilə və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, hadisə bu ilin avqustunda baş verib. G.Quliyeva ölümündən bir neçə saat əvvəl video çəkib. Görüntülərdə ərinin onu mütəmadi olaraq döydüyünü, ailə vəziyyətinin dözülməz olduğunu deyib.